"Barselona"nın digər klublara 115 milyon avro borcu var
- 2021-10-05
"Barselona" oyunçuların transferi üçün onların əvvəlki klublarına 115 milyon avro ödəməlidir.
Bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta və klubun nümayəndəsi Fran Riverter bu həftə klubun son yoxlamasının nəticələrini təqdim edəcək. Klubun borclarının 28,4 faiz azaldığı bildirilir. Bununla belə, "Barselona" keçmişdə edilən transferlər üçün hələ də müəyyən məbləğ ödəmək məcburiyyətindədir.
Xüsusilə, "Barselona" Miralem Pyaniçin transferi üçün "Yuventus"a 39 milyon avro ödəməlidir. Kataloniya klubunun "Ayaks"a 48 milyon avro borcu var. Frenki de Yonqun transferi üçün 32, Serginyo Destin transferinə görə 16, Filippe Koutinyonun transferi üçün "Barselona" 13 milyon avro ödəməlidir.