"Real"ın yeni transferi zədələndi
Avropa liqaları

"Real"ın yeni transferi zədələndi

  • 2021-10-04

"Real"ın futbolçusu Eduardo Kamavinqa sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi La Liqanın 8-ci turunun "Espanyol"la səfər oyununda (1:2) zədələnib. Kamavinqanın son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Qeyd edək ki, Kamavinqa ötən ay Fransanın "Renn" klubundan "Real"a keçib.