"Real"dan gözlənilməz məğlubiyyət
Avropa liqaları

"Real"dan gözlənilməz məğlubiyyət

  • 2021-10-04

İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.

Lider "Real" dünən səfərdə "Espanyol"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

"Espanyol" - "Real" - 2:1

Qollar: De Tomas, 17 (1:0), Vidal, 60 (2:0), Benzema, 71 (2:1)

Məğlubiyyətə baxmayaraq, "Real" 17 xalla liderdir. "Espanyol" isə 9 xalla 13-cüdür.