"Borussiya" qələbə qazandı - Video
- 2021-10-02
"Borussiya" Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.
Dortmund təmsilçisi 7-ci turda "Auqsburq"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Borussiya" (Dortmund) - "Auqsburq" - 2:1
Qollar: Qerreyru, 10-pen (1:0), Zaçiri, 35 (1:1), Brandt, 51 (2:1)
Bu qələbə ilə xalını 15-ə çatdıran "Borussiya" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Siyahıya 16 xalla "Bavariya" başçılıq edir.