Ardıcıl 203 oyun
- 2021-10-02
"Atletik"in (Bilbao) futbolçusu İnyaki Uilyams La Liqada yeni rekorda imza atıb.
İspaniya mətbuatına istinadən, 27 yaşlı hücumçu buna 8-ci turda "Alaves"lə görüşdə (1:0) nail olub. O, sözügedən qarşılaşmada meydana çıxmaqla çempionatda ardıcıl 203-cü matçını keçirib. Bu, isə turnir üçün rekord hesab olunur.
Uilyams 2016-cı ilin aprelindən Bilbao təmsilçisinin La Liqadakı bütün görüşlərində iştirak edir.
Qeyd edək ki, "Atletik"in yetirməsi olan İnyaki Uilyams 2014-cü ildən əsas komandada oynayır.