Mahir ən çox qol vuran futbolçular sırasında
Avropa liqaları

Mahir ən çox qol vuran futbolçular sırasında

  • 2021-10-02

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını hazırlayıb.

56 oyunçunun olduğu sıralamanın ilk pilləsində 50 qolla "Bavariya"nın futbolçudu Robert Levandovskidir. "Borussiya"dan (Dortmund) Erlinq Holann (41) ikinci, İspaniya "Barselona"sından Fransa "PSJ"sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.

Siyahıda millimizin "Legiya"da çıxış edən üzvü Mahir Emreli də var. 24 yaşlı hücumçu bu ildə "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pilləri bölüşdürür.