"Qalatasaray"da itki
Avropa liqaları

"Qalatasaray"da itki

  • 2021-10-01

"Qalatasaray" ciddi itki ilə üzləşib.

Türkiyə mətbuatına istinadən, Saşa Boy Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Marsel"lə keçirilən oyunda (0:0) zədələnib.

65-ci dəqiqədə əzələsində ağrı hiss edən 20 yaşlı müdafiəçi matçı davam etdirə bilməyib və DeAndre Yedlinlə əvəzlənib.

Fransalı müdafiəçi Superliqanın 8-ci turunda oktyabrın 3-də "Rizəspor"la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.