Vida zədəsini sağaldıb
- 2021-09-30
“Beşiktaş”ın futbolçusu Domoqoy Vida zədəsini sağaldıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, 32 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Lakin onun Superliqanın 8-ci turunda “Sivasspor”la oyunda iştirak edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, Domoqoy Vida sentyabrın 11-i “Malatyaspor”la görüşdə (3:0) sıradan çıxıb.