Dubay şirkətindən "Barselona"ya sərfəli təklif
- 2021-09-28
Adı açıqlanmayan Dubay şirkəti Kataloniyanın "Barselona" klubuna 1.5 milyard avro məbləğində borcunu ödəməyə hazırdır.
Bu barədə "sport.es" El Curubito televiziya proqramına istinadən məlumat yayıb. Bildirilib ki, Dubayda yerləşən şirkət Kataloniya təmsilçisinə ən azı iki illik moratorium (ləngitmə, təxirəsalma) təklif etməyə hazırdır. Beləliklə, futbol klubunun borcu Dubaydan olan iş adamları tərəfindən ödəniləcək və "Barselona"nın bu şirkətə borcu qalacaq, lakin bu, təxirə salınmış ödəniş alacaq. Bu seçim klubun normal fəaliyyətinə qayıtmasına və idman məqsədlərinə diqqət yetirməsinə imkan verəcək.
Bildirilib ki, təklif Kataloniya təmsilçisi üçün çox faydalıdır, çünki moratorium 2 ildən 12 ilədək müddətə təyin oluna bilər. Eyni zamanda, "Barselona"nın borcunu verməyə hazır olan Dubay şirkətinin tələbləri olduqca aşağıdır.