"Real" qalib gəlməyə öyrəşib
Avropa liqaları

"Real" qalib gəlməyə öyrəşib

  • 2021-09-28

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Şerif"lə keçirəcəyi matç barədə danışıb. 

 O, İspaniya mətbuatına açıqlamasında komandasının turnirdəki digər klublardan üstün olduğunu deyib: 

"Şerif" yaxşı komandadır. Seçmə mərhələdə Zaqreb "Dinamo"sunu məğlub etdilər və" Şaxtyor "la əla oynadılar. Onların mütəşəkkil komandaları var, sürətli hücumlar həyata keçirirlər. "Şerif" ilə matça maksimum köklənməliyik. Bu, Çempionlar Liqası oyunudur. Yalnız qalib gəlmək istəyirik. "Şerif" ilə görüş "Santiaqo Bernabeu"da keçirildiyi üçün qarşılaşmanı daha da səbrsizliklə gözləyirik. "Real"ın Çempionlar Liqası ilə xüsusi əlaqəsi var. Klubumuz başqalarına nisbətən daha çox qələbə qazanmağa öyrəşib. Bu, bizə bir az üstünlük verir".

Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Şerif" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.