Pavar iki oyunu buraxacaq
Avropa liqaları

Pavar iki oyunu buraxacaq

  • 2021-09-27

"Bayern Münhen"in futbolçusu Benjamin Pavar 2 oyunluq cəzalandırılıb.

Almaniya Bundesliqasının yaydığı məlumata görə, buna onun Almaniya çempionatının 6-cı turunda "Qroyter Fyurta" ilə matçın (3:1) ikinci hissəsinin əvvəlində birbaşa qırmızı vərəqə alması səbəb olub. 

Beləliklə, Pavar Bundesliqanın növbəti turlarında "Ayntraxt" (Frankfurt) və "Bayer"lə görüşləri buraxacaq.