Avropa liqaları

"Barselona"dan qələbə - Video

  • 2021-09-27

İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.

"Barselona" dünən öz meydanında "Levante" ilə qarşılaşıb. Görüş Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Levante" - 3:0

Qollar: Depay, 6 (pen), De Yonq, 14, Fati, 90+1

Bu nəticədən sonra "Barselona" 12 xalla 6-cı, "Levante" 4 xalla 17-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 17 xalla "Real Madrid" başçılıq edir.