Renat oyunun ən yaxşı futbolçusu seçildi
Avropa liqaları

Renat oyunun ən yaxşı futbolçusu seçildi

  • 2021-09-26

Azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya Premyer Liqasının 7-ci turun "Tondela" – "Famalikan" matçının ən yaxşı oyunçusu seçilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Millimizin hücumçusu doğma meydanda 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra xüsusi mükafata layiq görülüb. Renat bununla bağlı klubun mətbuat xidmətinə açıqlama da verib:
 
"Mənim üçün hər şeydən vacib olan komandamın uğurudur. Komanda yoldaşlarım olmasaydı, mən bu mükafatı qazana bilməzdim. Biz bu oyunda uğur qazanacağımıza sonadək inandıq. Əla kollektivimiz var. Biz bu oyunu birlikdə qazandıq. Bu mükafat da tək mənim yox, bütün komandanındır. Belə çətin bir həftədən sonra bu mükafatı qazanmaq bizim üçün çox vacibdir".