Bundesliqada dünənin nəticələri
Avropa liqaları

Bundesliqada dünənin nəticələri

  • 2021-09-26

Almaniya Bundesliqasında 6-cı turun oyunları davam edir.

Turun mərkəzi görüşündə Dortmund "Borussiya"sı ilə Mönhenqladbax "Borussiya"sı üz-üzə gəlib. Dortmundlular bu səfər matçında minimal hesabla məğlub olub.

"Leyptsiq" öz meydanında "Herta"nı 6 cavabsız qolla məğlub edib.

25 sentyabr

Almaniya Bundesliqası, 6-cı tur

"Ayntraxt" – "Köln" - 1:1
Qol:
 Borre, 45+5 – Skhiri, 14.

"Bayer" – "Maynts" - 1:0
Qol
: Virts, 62.

"Leyptsiq" – "Herta" - 6:0
Qol
: Nkunku, 16; 70. Poulsen, 23. Mukiele, 45+3. Forsberq, 60-pen. Haydara, 77.

"Yunion" – "Arminiya" - 1:0
Qol:
 Behrens, 88.

"Hoffenhaym" – "Volfsburq" - 3:1
Qol:
 Kramariç, 45+2. Baumqartner, 74. Kaderabek, 81 – Baku, 25.

"Borussiya" (Münhenqladbax) – "Borussiya" (Dortmund) -  1:0
Qol:
 Zakariya, 37.

Bu nəticələrdən sonra turnir cədvəlinə 16 xalla "Bavariya" başçılıq edir. "Bayer" və "Volfsbur" 13 xalla 2-3-cü, "Borussiya" (Dortmund) 12 xalla 4-cü pillədə qərarlaşıb.