"İnter" "Atalanta" ilə sülh bağladı
Avropa liqaları

"İnter" "Atalanta" ilə sülh bağladı

  • 2021-09-25

"İnter" İtaliya A seriyasında 6-cı tur oyununa çıxıb.

Milan klubu evdə "Atalanta" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

"İnter" - "Atalanta" - 2:2
Qollar: Martines, 5 (1:0), Malinovski, 30 (1:1), Toloy, 38 (1:2), Ceko, 71 (2:2)

Qeyd edək ki, "İnter" 14 xalla 3-cü, "Atalanta" 11 xalla 5-cidir. Turnir cədvəlinə 16 xalla "Milan" başçılıq edir.