Kuman 2 oyunluq cəzalandı
Avropa liqaları

Kuman 2 oyunluq cəzalandı

  • 2021-09-24

"Barselona"nın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.

"Marca"ya istinadən xəbər verir ki, buna niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman hakimin işindən narazılığını bildirdiyi üçün qırmızı vərəqə görüb.

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək. Kluba və məşqçinin özünə də cərimə tətbiq edilib.