"Barselona"da 18 ilin ən pis göstəricisi
Avropa liqaları

"Barselona"da 18 ilin ən pis göstəricisi

  • 2021-09-24

İspaniya La Liqasının 6-cı turunda ötən gecə "Kadiz"lə heç-heçə edən "Barselona" antirekorda imza atıb.

"Opta"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu mövsüm 5 oyunda 8 qol vurub. Bu isə son 18 ilin ən pis göstəricisidir.

Komanda 2003/2004 mövsümündə 5 qarşılaşmada 5 dəfə fərqlənib.

Qeyd edək ki, "Barselona" 5 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb.