Mourinyo Alleqrinin rekordunu təkrarladı
Avropa liqaları

Mourinyo Alleqrinin rekordunu təkrarladı

  • 2021-09-24

İtaliya A seriyasının 5-ci turunda keçirilən "Roma" - "Udineze" matçı meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

1:0 hesablı qələbə portuqaliyalı mütəxəssisin A seriyasında ardıcıl 41-ci məğlubiyyətsiz ev oyunu olub. O, Massimiliano Alleqrinin sahib olduğu A seriyasının rekordunu təkrarlayıb.

Qeyd edək ki, 2021-ci ilin mayından "Roma"nı çalışdıran Mourinyo 2008-10-cu illərdə "İnter"in baş məşqçisi olub.