Türkiyə Superliqasında 6-cı tura yekun vuruldu
Avropa liqaları

Türkiyə Superliqasında 6-cı tura yekun vuruldu

  • 2021-09-24

Türkiyə Superliqasında 6-cı tura yekun vurulub. 

Sonuncu oyun günündə üç matç keçirilib.

"Konyaspor" – "Trabzonspor" görüşündə qalib müəyyənləşməyib. "Alanyaspor" "Kasımpaşa"ya 2:0, "Fənərbaxça" isə "Giresunspor"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. "Trabzonspor" 14 xalla 2-ci, "Hatayspor" 13 xalla 3-cüdür.
 
23 sentyabr
 
"Konyaspor" – "Trabzonspor" - 2:2
Qollar:
 Çekici, 20, 46 – Kornelius, 1, Hacıahmetoviç, 76
 
"Alanyaspor" – "Kasımpaşa" - 2:0
Qollar:
 Karaca, 54, Davidson, 83
 
"Fənərbaxça" – "Giresunspor" - 2:1
Qollar: 
Kadioğlu, 2, Özil, 64 – Dukara, 85