"Real"dan yeni rekord
Avropa liqaları

"Real"dan yeni rekord

  • 2021-09-23

İspaniya La Liqasının 6-cı turunda “Malyorka”nı 6:1 hesabı ilə məğlub edən "Real" yeni rekorda imza atıb.

Madrid təmsilçisi 6 turdan sonra 21 qol vurmağı bacarıb. Bu da komandanın 1987/1988 mövsümündən sonra göstərdiyi ən yaxşı nəticədir.

“Kral klubu” həmin mövsüm 6 turdan sonra rəqib qapılarından 26 top keçirməyi bacarmışdı. 34 ildən sonra Karlo Ançelottinin rəhbərlik etdiyi komanda ən yaxşı nəticəni göstərib.