Benzema La Liqanın tarixinə düşdü
Avropa liqaları

Benzema La Liqanın tarixinə düşdü

  • 2021-09-23

La Liqanın 6-cı turunda "Malyorka" ilə matç "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub. 

33 yaşlı hücumçu sözügedən oyunda dubl edib. Bununla da Benzema yerli çempionatda 200-cu qolunu vurub. Beləliklə, fransalı oyunçu La Liqada 200 qol həddinə çatan 10-cu futbolçu olub.  

Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid təmsilçisində oynayır. 

Əlavə edək ki, "Real" – "Malyorka" görüşü ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.