Türkiyə Superliqası tarixinin ən erkən qolu vuruldu
- 2021-09-22
Türkiyə Superliqasında yeni rekord qeydə alınıb.
Qol.az-a əsasən, çempionatın tarixində ən erkən qol vurulub. Bu, "Qaziantep" - "Başakşehir" matçında gerçəkləşib.
Meydan sahiblərinin hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.
Qeyd edək ki, bu göstəricidə rekord "Dənizlispor"un Trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008/2009 mövsümündə "Eskişehispor"la matçın 12-ci saniyəsində qol vurmuşdu.