İngiltərə klubunun 12 xalı silindi
- 2021-09-22
İngiltərənin "Derbi Kaunti" ağır sanksiyaya məruz qalıb.
İngiltərə Futbol Liqası Çempionşip təmsilçisinin 12 xalının silinməsinə qərar verib.
Klub maliyyə feyr-pleyini pozduğuna və kənar nəzarətin tətbiqinə görə bu cəza ilə üzləşib.
Qeyd edək ki, "Derbi Kaunti"nin baş məşqçisi İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runidir.