Falkaodan uğurlu başlanğıc
Avropa liqaları

Falkaodan uğurlu başlanğıc

  • 2021-09-22

"Qalatasaray"dan ayrılaraq "Rayo Valyekano"ya keçən Radamel Falkaonun yeni klubundakı startı uğurlu alınıb.

Kolumbiyalı hücumçu La Liqada ardıcıl 2-ci matçında qol vurmağı bacarıb. O, son olaraq dünən keçirilən "Atletik"lə görüşdə (2:1) komandasının qələbə qolunun müəllifi olub.

Futbolçunun "Qalatasaray"da uğursuz çıxışından sonra yeni klubunda yüksəlişinə İspaniya mətbuatından yer verilib.

"Gol Coracol" manşet xəbərində "Falkaonun getməsinə icazə verdiyi üçün "Qalatasaray"ı lağa qoyurlar" ifadəsinə yer verib.

Qeyd edək ki, "Qalatasaray" bu ayın əvvəli Falkao ilə yolları ayırıb və o, "Rayo Valyekano"ya keçib.