Balotellidən Sergen Yalçına cavab - Video
Avropa liqaları

Balotellidən Sergen Yalçına cavab - Video

  • 2021-09-22

Türkiyə Superliqasının 6-cı turunda "Beşiktaş" - "Adana Dəmirspor" matçında (3:3) maraqlı hadisə yaşanıb.

Qol.az-a istinadən, qonaq komandanın futbolçusu Mario Balotelli 79-cu dəqiqədə fərqləndikdən sonra diqqətləri öz üzərinə cəlb edib. 31 yaşlı hücumçu qolu qeyd edərkən rəqib komandanın baş məşqçisi Sərgən Yalçına tərəf qaçıb və jestlə beyninin olduğunu göstərib.


Beləliklə, italiyalı oyunçu Sergen Yalçının bir neçə il əvvəl qatıldığı verlişlərin birində onun beyinsiz olduğu və komandasında belə bir futbolçu görmək istəmədiyi kimi söylədiyi fikirlərə cavab verib. 

Qarşılaşmanın baş hakimi isə futbolçunu bu hərəkətinə görə sarı vərəqə ilə cəzalandırıb.