Avropa liqaları

"İnter"dən növbəti qələbə - Video

  • 2021-09-22

"İnter" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Komanda 5-ci turda "Fiorentina"nın qonağı olub. Matç Milan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fiorentina" - "İnter" - 1:3
Qollar:
 Sottil, 23 (1:0), Darmain, 52 (1:1), Ceko, 55 (1:2), Perişiç, 87 (1:3)

Bu qələbə ilə xalını 13-ə yüksəldən "İnter" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Napoli" 12 xalla (4 oyun) 2-ci, "Milan" 10 xalla (4 oyun) 3-cüdür.