"Sakit olmağa çalışın, nə edəcəyimizi bilirik"
- 2021-09-22
"Barselona" prezidenti Joan Laporta növbəti dəfə azarkeşlərə müraciət edib.
O, "Tvitter" hesabı vasitəsi ilə onları sakit olmağa çağırıb: "Komandamıza dəstək olmağa davam etməyinizi xahiş edirəm. Komandanın sizə ehtiyacı var və sizə minnətdardırlar. Bilirsiniz ki, çətin günlər yaşayırıq və bizə dəstək verməli olduğunuz dövrlərdir.
"Kadiz"lə səfər matçında qalib gəlməyə çalışacağıq. Nə olacağını bilmirəm, amma bu həftə "Levante" ilə növbəti ev matçında komandamıza inanıram. Sakit olmağa çalışın, nə edəcəyimizi bilirik. Çox sağ olun".