Feliksin cəzası açıqlandı
Avropa liqaları

Feliksin cəzası açıqlandı

  • 2021-09-21

İspaniya La Liqasının 5-ci turunda "Atletik"lə görüşdə qırmızı vərəqə alan "Atletiko"nun futbolçusu Joao Feliksin cəzası bəlli olub.

"Marca"ya istinadən, portuqaliyalı hücumçu iki oyunluq diskvalifikasiya olunub. 

Qeyd edək ki, Feliks "Atletik"lə görüşdə iki sarı vərəqə alaraq meydandan qovulub. O, ikinci sarı vərəqəni alanda hakimlə kəskin şəkildə mübahisə edib və topu tribunaya tərəf vurub.