"Bavariya"da 2 itki
Avropa liqaları

"Bavariya"da 2 itki

  • 2021-09-21

"Bavariya"nın futbolçuları Camal Musiala və Sven Ulrayx zədələnib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi və 33 yaşlı qapıçının ötən gün komandanın məşqi zamanı sıradan çıxdığı bildirilib. Musialanın sağ ayaq biləyinin, Ulrayxın isə sağ dizinin daxili bağlarının zədələndiyi bildirilib. 

Onların yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib. 

Qeyd edək ki, Musiala bu mövsüm bütün turnirlərdə 7 oyunda 4 qol vurub. Ulrayx isə cəmi 1 matç keçirib.