Avropa liqaları

Dadaşov ilk qolunu vurdu - Video

  • 2021-09-21

"Tondela"da çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub.

Qol.az-a əsasən, o, 4-cü turda səfərdə "Braqa"ya 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolunun müəllifi olub. 79-cu dəqiqədə oyuna daxil olan 22 yaşlı hücumçu 7 dəqiqə sonra fərqlənib.

Qeyd edək ki, "Tondela" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.