Messi məşqi buraxdı
Avropa liqaları

Messi məşqi buraxdı

  • 2021-09-21

"PSJ"nin futbolçusu Lionel Messi komandanın son məşqində iştirak edə bilməyib. 

Bu barədə "Get French Football News" məlumat yayıb. 34 yaşlı hücumçu dizindən zədəli olduğu üçün hazırlıq prosesini buraxıb. 

Qeyd edək ki, Messi zədə səbəbindən "PSJ"nin "Lion"la oyununda (2:1) əvəzlənib. O, bu əvəzetmədən narazı qaldığı üçün baş məşqçi Maurisio Poçettinonun əlini sıxmayıb.