Son çempion cəzalandırıldı
Avropa liqaları

Son çempion cəzalandırıldı

  • 2021-09-21

Liqa 1-in 6-cı turunda "Lans" - "Lill" matçında azarkeşlər arasında baş vermiş iğtişaşlarla görə hər iki klub cəzalandırılıb.

Bu barədə "Get French Football News" xəbər yayıb. "Lans"ın növbəti 2 oyununa azarkeşlər buraxılmayacaq. Qonaqlar isə növbəti görüşüdə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, matçın ikinci hissəsinin əvvəllərində "Lans"ın azarkeşləri meydana daxil olaraq, dava etmək məqsədilə qonaq tərəfdarların əyləşdiyi sektora tərəf qaçıb. Fanatlar meydandan çıxarıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.