Lənkəranda böyük futbol bayramı
Avropa liqaları

Lənkəranda böyük futbol bayramı

  • 2021-09-20

Dünən Lənkəran şəhər stadionunda həvəskar komandalar arasında yoxlama oyunu keçirilib.

Qol.az əsasən, "Xan Lənkəran" və "Gənclik" (Bakı) komandalarının görüşü ajiotaja səbəb olub. Oyunu 3000-3500 azarkeş izləyib. 

Bir neçə gün öncə "Zəngilan" komandasını qəbul edən və 11:0 hesabı ilə qalib gələn "Xan Lənkəran" bu dəfə bakılıları 4 cavabsız qolla üstələyib.