"Real" rekordunu təkrarladı
Avropa liqaları

"Real" rekordunu təkrarladı

  • 2021-09-20

"Real" özünə məxsus rekordu təkrarlayıb.

"Gracenote" nəşrinə istinadən, Madrid təmsilçisi buna  La Liqanın 5-ci turunda "Valensiya"ya 2:1 hesabı ilə qalib gələrək nail olub. Bu oyunla "kral klubu" səfərdə ardıcıl 18 matçda uduzmayıb. Bu, klub rekordunun təkrarıdır.

Komanda 1996-cı martından 1997-ci ilin fevralınadək, həmçinin 2016-cı ilin yanvarından dekabrınadək 18 səfər görüşündə məğlub olmayıb.