"Yuventus"la oyunlarda bunu bacaran ilk "Milan"lı
Avropa liqaları

"Yuventus"la oyunlarda bunu bacaran ilk "Milan"lı

  • 2021-09-20

İtaliya A seriyasının 4-cü turunda ötən gecə "Yuventus"la keçirilən oyun (1:1) "Milan"ın hücumçusu Ante Rebiç üçün əlamətdar olub.

"Opta"ya istinadən, komandasının bərabərlik qolunu vuran serbiyalı futbolçu Turin təmsilçisi ilə görüşlərdə bir ilkə imza atıb.

Rebiç A seriyasında 3 xallıq sistemin tədbiq edildiyi dövrdən (1994/1995 mövsümündən) bəri ardıcıl 3 oyunda "Yuventus"un qapısına qol vuran ilk "Milan"lı futbolçudur.

 Qeyd edək ki, Rebiç bu mövsüm "Milan"ın heyətində 5 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.