Azarkeşlər qalmaqal yaratdı
Avropa liqaları

Azarkeşlər qalmaqal yaratdı

  • 2021-09-19

Fransa Liqa-1-də dünən keçirilən "Lans" - "Lill" matçında  qalmaqal yaşanıb.

Fasilə zamanı bir qrup "Lans"lı fanat meydana daxil olaraq qonaq azarkeşlərin olduğu tribunaya hücum edib. Buna "Lill" tərəfdarlarının qarşı tərəfin olduğu sektora yad əşyalar atması səbəb olub. Hadisəyə görə ikinci hissə yarım saat gec başlayıb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi sayəsində hadisələrin daha da böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, 1 ay əvvəl "Nitsa" ilə "Marsel" arasındakı matçda da azarkeşlər arasında qalmaqal yaşanıb və görüş yarımçıq dayandırılıb.