AFFA-dan 2 kluba xəbərdarlıq
Avropa liqaları

AFFA-dan 2 kluba xəbərdarlıq

  • 2021-09-17

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ" klublarına xəbərdarlıq edib.

Qol.az-a istinadən, bu, Azərbaycan Premyer Liqasının III turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır. Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıb.

Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.