"Ayaks" 35-ci dəfə çempion oldu
Avropa liqaları

"Ayaks" 35-ci dəfə çempion oldu

  • 2021-05-03

"Ayaks" Niderland Erdiviziyasında 2020-2021 mövsümünün qalibi olub.

Amsterdam təmsilçisi bu gün 31-ci turda evdə "Emmen"ə 4 cavabsız qolla qalib gələrək çempionluğunu rəsmiləşdirib.


"Ayaks" - "Emmen" - 4:0
Qollar
: Timber, 10, Haller, 61, Renç, 66, Klassen, 74

Bu qələbə ilə xallarını 79-a yüksəldən paytaxt klubu sona 3 tur qalmış ən yaxın izləyicisi PSV ilə xal fərqini 14-ə çatdıraraq yarışın qalibi adını qazanıb. Bu, "Ayaks"ın ümumilikdə 35-ci çempionluğudur.