"Barselona" gələcəyini mənə borcludur
- 2021-09-14
"Barselona"nın baş məşqçisi Ronald Kuman klub prezidenti Joan Laportanın onun haqqında dediyi fikirlərə münasibət bildirib.
"Marca"ya istinadən, Laporta daha əvvəlki açıqlamasında klubda baş məşqçinin tam səlahiyyətə sahib olmadığını bildirmişdi. Kuman isə bu fikirə belə cavab verib: "Laporta ilə münasibətimiz yaxşı idi. Amma ötən həftə düzgün olmayan açıqlama verdi. O, baş məşqçinin tam səlahiyyətə malik olmadığını dedi. Düşünürəm ki, Laporta bir az məntiqsiz açıqlama verib. Bu məsələni öz aramızda da danışa bilərdik. Mediaya bu cür açıqlama vermək lazım deyildi. Klubun, işçilərin, komandadakı futbolçuların mənə güvəndiyini hiss edirəm. "Barselona"da qalmaq istəyirəm. Bu klub gələcəyini mənə borcludur".