"Barselona"nın futbolçusu əməliyyat olunacaq
Avropa liqaları

"Barselona"nın futbolçusu əməliyyat olunacaq

  • 2021-09-13

"Barselona"nın futbolçusu Martin Braytvayt əməliyyat olunacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçunun sol dizindəki problemə görə əməliyyat olunacağı bildirilib. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, Martin Breytueyt bu mövsüm La Liqada 3 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.