Benzema La Liqanın tarixinə düşdü
Avropa liqaları

Benzema La Liqanın tarixinə düşdü

  • 2021-09-13

"Real"ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının tarixinə düşüb.

Çempionatın 4-cü turunda "Selta"ya qarşı keçirilən matçda (5:2) het-trik edən fransalı hücumçu, La Liqada ən çox qol vuran futbolçuların siyahısında 10-cu olub.

Hesabında 197 qol olan Benzema, daha əvvəl 195 qol vuran və 10-cu sırada yer alan “Valensiya”nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub.

La Liqa tarixinin bombardiri hazırda "PSJ"də çıxış edən Lionel Messidir. Argentinalı oyunçu "Barselona" ilə La Liqada 474 qol vurub.