1000-ci rəsmi matç
Avropa liqaları

1000-ci rəsmi matç

  • 2021-09-13

A seriyasının 3-cü turunda "Sassuolo" ilə matç "Roma"nın baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub. 

Sözügedən oyunla 58 yaşlı mütəxəssis karyerasındakı 1000-ci rəsmi matç keçirib. Mourinyo bununla bağlı açıqlamasında deyib: 

"Hamıya karyeramda 1000-ci oyunu keçirməyimin mənim üçün vacib olmadığını dedim. Amma yalan söyləmişəm. Belə görüşdə uduzmaqdan çox qorxurdum. Ancaq mən şanslıyam. Çünki qalib gəlmişik. Oyun başa çatandan sonra uşaq kimi qaçdım. Özümü 12 yaşımdakı kimi hiss edirdim". 

Qeyd edək ki,  Mourinyo karyerası ərzində "Real Madrid", "Mançester Yunayted", "Çelsi", "İnter", "Tottenhem" kimi komandalara baş məşqçilik edib.