"Sevilya" - "Barselona" matçı təxirə salındı
- 2021-09-07
İspaniya La Liqasının 4-cü turunun iki oyunu bu həftə baş tutmayacaq.
11 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan "Sevilya" - "Barselona" və "Vilyarreal" - "Alaves" qarşılaşmaları təxirə salınıb. Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb.
Oyunların təxirə salınmasının səbəbi DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən matçlardır. "Sevilya" və "Vilyarreal"ın futbolçularının çıxış etdikləri Argentina millisi 10 sentyabr tarixində Boliviya ilə qarşılaşacaq. Klubların müraciətini qəbul edən La Liqa rəhbərliyi görüşlərin vaxtını dəyişib.
Matçların nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.