İtaliya A seriyasında yeni çempion
Avropa liqaları

İtaliya A seriyasında yeni çempion

  • 2021-05-03

İtaliya A seriyasında 2020-2021 mövsümünün qalibi bəlli olub.

"İnter" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.


Bu, 34-cü turda bu gün keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra dəqiqləşib. "Atalanta"nın xal itirməsi və lider "İnter"lə xal fərqinin 13 olması yarışın qalibini müəyyənləşdirib.

Qeyd edək ki, "İnter" 11 ildən sonra növbəti dəfə çempion adını qazanıb. Bu, Milan təmsilçisinin ümumilikdə 19-cu çempionluğudur.