"Fənərbaxça" və "Trabzonspor"dan qələbə, "Qalatasaray"dan xal itkisi
Avropa liqaları

"Fənərbaxça" və "Trabzonspor"dan qələbə, "Qalatasaray"dan xal itkisi

  • 2021-08-30

Türkiyə Superliqasında 3-cü tura yekun vurulub.

Sonuncu oyun günündə 4 görüş keçrilib.
 
"Qalatasaray" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb və 2:2 hesablı bərabərə qalıb. "Trabzonspor" "Giresunspor"u 1:0 hesabı ilə məğlub edib. "Fənərbaxça" isə "Altay"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Trabzonspor" başçılıq edir. "Fənərbaxça" eyni xalla 2-ci, "Beşiktaş" 7 xalla 3-cüdür.
 
29 avqust
 
"Kasımpaşa" – "Qalatasaray" - 2:2
Qollar
: Yorgensen, 45+2, Bozok, 66 – Çikaldau, 32, Aktürkoğlu, 38
 
"Sivasspor" – "Göztəpə" - 2:2
Qollar:
 Qutas, 11, 66 – H.Akbunar, 51, Şimşek, 84
 
"Altay" – "Fənərbaxça" - 0:2
Qollar
: Kadıoğlu, 51,  Valensiya, 55
 
"Giresunspor" – "Trabzonspor" - 0:1
Qol:
 Nvakaeme, 7