Messi "PSJ"də debüt etdi
Avropa liqaları

Messi "PSJ"də debüt etdi

  • 2021-08-30

"PSJ"nin yeni transferi Lionel Messi klubunda debüt edib.

O, ilk oyununa  Fransa çempionatının 4-cü turunda "Reyms"lə matçda çıxıb. Argentinalı hücumçu 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub.

Qeyd edək ki, sözügedən görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolun müəllifi Kilian Mbappe (16 və 63-cü dəqiqələr) olub. Bu qələbə ilə xalını 12-yə yüksəldən klub ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, Messi bu yay "PSJ" ilə müqavilə imzalayıb.