La Liqada mövsümün oyunçusu
Avropa liqaları

La Liqada mövsümün oyunçusu

  • 2021-06-11

La Liqada 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

"Atletiko"nun qapıçısı Yan Oblak ötən mövsümün ən yaxşı oyunçusu seçilib. Sloveniyalı qolkiper ölkə çempionatında son mövsümdə meydana çıxdığı 38 matçda 25 qol buraxıb, 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Atletiko" ötən mövsüm La Liqanın qalibi olub.