Naqelsmann Bavariyada yeni qayda tətbiq edib
Avropa liqaları

Naqelsmann Bavariyada yeni qayda tətbiq edib

  • 2021-08-20

Bavariyanın baş məşqçisi Yulian Naqelsmann yeni qayda tətbiq edib .

 "Bayern & Germany"nin yaydığı məlumata görə, Bavariyanın oyunçularına ev oyunlarından əvvəl gecəni ailələri ilə birlikdə evdə keçirməyə və səhər klubun bazasında görüşməyə icazə verilib.

Əvvəlki illərdə futbolçular oyundan əvvəl gecəni oteldə keçirirdilər.

Bildirilib ki, Naqelsmann Bavariyadakı ilk gündən futbolçularla yaxşı münasibətlər qurmağa çalışır. Baş məşqçi onlarla fərdi şəkildə çox ünsiyyət qurur.