Messi bu gün oynayacaq?
Avropa liqaları

Messi bu gün oynayacaq?

  • 2021-08-20

"PSJ"nin futbolçusu Lionel Messinin yeni komandasında debütü ləngiyir.

Argentinalı hücumşunun adı Fransa çempionatının 3-cü turunda bu gün "Brest"lə keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb. Komandanın liderlərindən olan Neymarın da adı iştirak ərizəsində yoxdur

Xatırladaq ki, "Barselona"dan ayrılaraq "PSJ"yə keçən Messi ilə 2+1 illik müqavilə imzalanıb.