Manuel Noyer zədələnib
- 2021-08-19
Bavariyanın qapıçısı Manuel Noyer Almaniya superkubokunda Borussiya Dortmund ilə matçda zədələnib.
Bu barədə jurnalist Kristian Falk məlumat verib. Bildirilib ki, 35 yaşlı qolkiperin ayaq biləyində zədə aşkarlanıb. Bu səbəbdən o, komandanın bugünkü məşqini buraxıb.
Noyerin Münhen təmsilçisinin Bundesliqada avqustun 22-i keçiriləcək Kölnlə matçı buraxması gözlənilir.
Xatırladaq ki, alman qapıçı 2011-ci ildən Bavariyada çıxış edir.